Castin Biber: "Instagram" - cəhənnəmdir"

Castin Biber: "Instagram" - cəhənnəmdir"

Tanınmış müğənni Castin Biber özünün London konsertlərinin birində "Instagram"ı cəhənnəm adlandırıb.

2016-cı ilin avqust ayında "Instagram" hesabını bağlayan popçu, axşam verdiyi konsertində, "Instagram, şeytana xidmət edir. Ora Cəhənnəmdir" deyərək hər kəsi çaşdırıb.

Onun fanatlarından birinin çəkdiyi videoçarxda artist bildirib ki, o, "Instagram"a qayıtmaq istəmir: "Mən 90 faiz əminəm ki, bu bir cəhənnəmdir. Qəlblər cəhənnəmə yollandığı kimi, biz də "Instagram" serverlərinin əsirliyinə düşürük".

Qeyd edək ki, Biber sevgilisi Selena Qomezdən gələn şərhlərə əsəbiləşərək hesabını bağlamışdı.

Ayşən Zeynallı