Cansu Taşkına 100 minlik təklif gəldi

Cansu Taşkına 100 minlik təklif gəldi

İş adamı tanınmaq üçün məşhur model Cansu Taşkına pul təklif edib.

Cansu Taşkın iş adamının təklifinə təəccübləndiyini deyib: "Bir iş adamı evli ola-ola maqazin proqramlarına çıxmaq, məşhurlaşmaq üçün mənə 100 min manat təklif etdi. Pulun müqabilində onunla yalançı sevgili olmalı və restoranda görüntülənməli idim. Təklif məni şoka saldı. Mənimlə yemək yeyib, görüntülənincə məşhur olacaqmış".

Qeyd edək ki, Cansu Taşkın "Fatmagülün suçu ne?" serialındakı rolu ilə məşhurlaşıb.

Ayşən Zeynallı