Cəzaçəkmə müəssisəsinə ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin məlumatına görə məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə təxminən 21 kiloqram narkotik vasitə aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/c%C9%99za%C3%A7%C9%99km%C9%99-m%C3%BC%C9%99ssis%C9%99sin%C9%99-ayaqqab%C4%B1n%C4%B1n-i%C3%A7%C9%99risind%C9%99-narkotik-ke%C3%A7irilm%C9%99sinin-qar%C5%9F%C4%B1s%C4%B1-al%C4%B1n%C4%B1b

