Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlanıb
Cəlilabadın Ağdaş kəndi ərazisində yol tikintisi zamanı qədim yaşayış məskəninə aid olduğu ehtimal edilən arxeoloji tapıntılar aşkarlanıb. İlkin ehtimallara görə, torpaq qatının altından tapılan saxsı qablar və müxtəlif küplər əsasən məişətdə istifadə olunan qablardır.Mütəxəssislərin qiymətləndirməsinə əsasən, tapıntıların Son Tunc – İlk Dəmir dövrünə aid olması ehtimal edilir.
url:
http://kepezfm.az/xeberler/c%C9%99lilabadda-yol-tikintisi-zaman%C4%B1-q%C9%99dim-%C9%99%C5%9Fyalar-a%C5%9Fkarlan%C4%B1b

