Cüdoçularımız Qran-pri turnirində mübarizə aparacaqlar
Oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında Qran-pri turniri keçiriləcək. Dünya Cüdo Turuna daxil edilən yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunacaq. Komandaya 10 oğlan və 7 qız cüdoçu daxildir.
url:
http://kepezfm.az/xeberler/c%C3%BCdo%C3%A7ular%C4%B1m%C4%B1z-qran-pri-turnirind%C9%99-m%C3%BCbariz%C9%99-aparacaqlar

