Burak Özçivitdən xəbər var
Türkiyəli aktyor Burak Özçivit oynadığı obrazlara görə dünyanın bir çox ölkələrində rəğbət qazanıb. Öz yaraşığına və istedadına güvənən aktyor tez-tez xarici ölkələrdə fanatları ilə görüşlər keçirir. Bu dəfə o, Rumınyada fanatları ilə bir neçə saatlıq görüş təşkil edib. Yüzlərlə insan məhz Burakı görmək üçün təşkil olunan tədbirə qatılıb. Sənətçi çoxları ilə həm şəkil çəkdirib, həm də söhbət edib.
Nurlana Abdullayeva
2019-06-28 12:24