Canlı
"Bunu deyən qarşısında məni görər" - Natiq Şirinov

"Bunu deyən qarşısında məni görər" - Natiq Şirinov

“Nağarada 22-dən çox səs icad etmişəm. Hər zaman "nağara çalan" yox, "ritm ifaçısı" axtarıram demişəm. Kim varsa, gəlsin mənimlə üz-üzə otursun, mübahisə edək”. Bu sözləri əməkdar artist Natiq Şirinov verilişlərin birində deyib. Nağara ifaçısı bildirib ki, Azərbaycan nağarasını dünyaya tanıdan özü olub: “Mən toyun içindən çıxıb, onu buraxan adamam. Toy çalmaq mənim üçün heç nədir, sənət meyarı ola bilməz. Bunu deyən qarşısında məni görər. Kamera qarşısında dəyişən insan deyiləm. Evdə necəyəmsə, burada da eləyəm”. N.Şirinov arzularından danışıb: “Böyük bir arzum var: Azərbaycan nağarasının UNESCO-ya düşməsi. Bir də Azərbaycanda ritm məktəbi açılmasını arzulayıram. Hazırda bu iki şey üçün çalışıram”.

2018-03-13 / 17:57