Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün Kəlbəcər rayonunun Ermənistanın işğalından azad edilməsindən 6 il ötür.Hər il noyabrın 25-də qeyd olunan Kəlbəcər Şəhəri Günü Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli sərəncamı ilə təsis edilib.Terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 min 340 nəfər öz yurdundan didərgin düşüb.2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən, Kəlbəcər noyabrın 25-də Azərbaycana qaytarılıb.Hazırda rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni infrastruktur yaradılır.
url:
http://kepezfm.az/xeberler/bu-g%C3%BCn-k%C9%99lb%C9%99c%C9%99r-%C5%9F%C9%99h%C9%99ri-g%C3%BCn%C3%BCd%C3%BCr-0

