Bu gün Eurovisionu Çingiz Mustafayev bağlayacaq

Bu gün Eurovisionu Çingiz Mustafayev bağlayacaq

Bu gün "Eurovision 2019" mahnı müsabiqəsinin növbəti buraxılışı gerçəkləşəcək. İsrailin paytaxtı Tel-Əvivdə keçirilən yarışma Expo Mərkəzin səhnəsində olacaq. 18 ölkənin iştirakçısı mahnılarını təqdim edəcəklər.Azərbaycanla yanaşı, 17 – ölkə təmsilçiləri gecədə yer alacaqlar. Ölkəmizi "Truth" mahnısı ilə təmsil edən Çingiz Mustafayev 18-ci nömrə altında səhnəyə çıxacaq. Ikinci yarım final yerli vaxtla saat 22:00-da başlayacaq. Gecənin özəl qonağı İsrailin məşhur ifaçısı Şalva Bənd olacaq. O, "A Million Dreams" mahnısı ilə şou göstərəcək.Qeyd edək ki, "Eurovision 2019"un finalı həftənin şənbə günü baş tutacaq.

Nurlana Abdullayeva

2019-05-16/ 16:45