Bu gün Azərbaycanda Konstitusiya Günüdür
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Əsas Qanun 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilib.Bu, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra qəbul olunan ilk Konstitusiyasıdır. Sənəd Prezident Heydər Əliyevin sədrliyi ilə hazırlanıb və ümumxalq müzakirəsinə çıxarılıb.Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir. 1996-cı il fevralın 6-da imzalanan Sərəncamla noyabrın 12-si Konstitusiya Günü elan edilib.Əsas Qanuna 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar əsasında əlavə və dəyişikliklər edilib.Qeyd edək ki, Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da qəbul olunub.
url:
http://kepezfm.az/xeberler/bu-g%C3%BCn-az%C9%99rbaycanda-konstitusiya-g%C3%BCn%C3%BCd%C3%BCr

