Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir. Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, hər il 8 mart qeyri-iş günü olur. Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.
url:
http://www.kepezfm.az/xeberler/bu-g%C3%BCn-8-mart-beyn%C9%99lxalq-qad%C4%B1nlar-g%C3%BCn%C3%BCd%C3%BCr