Bolqarıstan sahillərində heyətində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu yük gəmisi batıb
Rumıniyadan Misirə gedən, Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisində partlayış baş verib və nəticədə gəmi Bolqarıstan sahillərində batıb. 8 Türkiyə və 4 Azərbaycan vətəndaşının olduğu gəminin 12 nəfərlik ekipajı xilas edilib. İlkin ehtimallara görə, buna dəniz minası və ya dron hücumu səbəb ola bilər.Partlayışın səbəbi araşdırılır.
url:
http://kepezfm.az/xeberler/bolqar%C4%B1stan-sahill%C9%99rind%C9%99-hey%C9%99tind%C9%99-az%C9%99rbaycan-v%C9%99-t%C3%BCrkiy%C9%99-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n%C4%B1n-oldu%C4%9Fu-y%C3%BCk-g%C9%99misi

