Boks üzrə Azərbaycan çempionatı başlayır
Azərbaycanda boks üzrə çempionatda 170-dək idmançı mübarizə aparacaq.Yarışda kişilər üzrə 10, qadınlar üzrə 5 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.Yeddi gün davam edəcək çempionatda 31 komandanın idmançıları iştirak edəcək. Yanvarın 22-də start götürəcək çempionatın açılışı saat 12-də, döyüşlər isə 12:30-da başlayacaq. Fərqlənən boksçular milli komandaya cəlb olunacaqlar.
url:
http://kepezfm.az/xeberler/boks-%C3%BCzr%C9%99-az%C9%99rbaycan-%C3%A7empionat%C4%B1-ba%C5%9Flay%C4%B1r

