BMT-də Qərbi azərbaycanlıların qayıdış hüququ qabardılıb
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə qayıdış hüququ, dekolonizasiya, öz müqəddəratını təyinetmə, tarixi yaddaş və mədəni irsin qorunması məsələləri müzakirə olunub. Konfransda Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququna da diqqət çəkilib.Sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli qayıdışının təşviqinə, Azərbaycanın mədəni, dini və tarixi irsinin qorunmasına çağırış edilib.
url:
http://kepezfm.az/xeberler/bmt-d%C9%99-q%C9%99rbi-az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n-qay%C4%B1d%C4%B1%C5%9F-h%C3%BCququ-qabard%C4%B1l%C4%B1b

