Bir sıra cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir
Bakı Hərbi Məhkəməsində sentyabrın 26-da Ermənistan vətəndaşlarının mühakiməsi davam edib. Prosesdə Milli Qəhrəman Mübariz İbrahimovun, həmçinin “İgidliyə görə” medalı ilə təltif olunmuş Əhməd Abdullayev və Fərid Əhmədovun qətlə yetirilməsi ilə bağlı sənədlər elan olunub, fotoşəkillər nümayiş etdirilib. Məhkəmə Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər üzrə davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/bir-s%C4%B1ra-cinay%C9%99tl%C9%99rd%C9%99-ittiham-olunan-erm%C9%99nistan-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n%C4%B1n-m%C9%99hk%C9%99m%C9%99si-s%C9%99n%C9%99dl%C9%99rin-elan