Bir aya 3 dəfə dəyişən Aygün...

Bir aya 3 dəfə dəyişən Aygün...

Xalq artisti Aygün Kazımova yenidən xarici görünüşündə tez-tez dəyişiklik edən məşhurlar sırasındadır.

Müğənni yeni görünüşü ilə yenidən gündəmə gəlib. Xalq artisti bir ay ərzində xarici görünüşündə 3-cü dəfə dəyişiklik edib.

A.Kazımova əvvəlcə qısa saçlarını yenidən uzadıb və qara rəngə boyadıb. O, yeni imici ilə çəkdirdiyi selfini izləyiciləri ilə bölüşüb. Sənətçinin bu görünüşü izləyiciləri tərəfindən bəyənilib. İfaçı daha sonra saç rəngini tündləşdirib, qızı İlqarə ilə birgə çəkilən şəklini yayımlayıb.

Aygün sonda uzun saçlarını sarı rəngə boyadıb və sosial şəbəkədə fotolarını izləyiciləri ilə bölüşüb.

Ayşən Zeynallı