Canlı
Beyonsa əkizi qədər bənzəyən qadın küçədə gəzə bilmir

Beyonsa əkizi qədər bənzəyən qadın küçədə gəzə bilmir

ABŞ-ın Detroyt şəhərində yaşayan Brittany Uilliams adlı qadın küçəyə çıxanda gəzməkdə çətinlik çəkir. O, dünya şöhrətli müğənni Beyonsa o qədər bənzəyir ki, insalar görən kimi dərhal onun ətrafını bürüyür. Artıq vəziyyətdən narahat olmağa başlayan Brittanynin Beyonsa sanki əkizi kimi oxşaması isə tamamilə təsadüfdür. Saçlarındakı boyadan başqa hər şeyi təbiidir. İnstagramda minlərlə izləyicisi olan qadın maşınla gedərkən belə qarşısının kəsildiyini və Beyons fanatları ilə şəkil çəkənə qədər ondan əl çəkmədiyindən şikayətlənib. Qeyd edək ki, Brittanynin ana-atası da Beyonsun ailəsinə olduqca bənzəyir.

2017-12-06 / 18:36