Berkay Şahin görmə qabiliyyətini itirir

Berkay Şahin görmə qabiliyyətini itirir

Bir müddət əvvəl gözündə yaranmış problemə görə Antalya konsertini təxirə salan pop ifaçısı Berkay Şahin həkimə gedərkən görüntülənib.

Müğənni sol gözünün hələ də sağalmadığını, hətta, zəiflədiyini bildirib.

Həyat yoldaşı Özlem Katipoğlu ilə birgə olan Berkayın gözündə eynəyin olması da diqqətdən yayınmayıb. O, hələ də həkim nəzarətində olduğunu və yaxın günlərdə yenidən səhnəyə dönəcəyini vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə "Instagram" səhifəsində gözünün fotosunu paylaşan ifaçı eynəklə də olsa, Ankara və Antalyadakı konsertlərdə çıxış edəcəyini bildirmişdi.

Daha sonra hesabında yenidən gözünün qan içində olmasını əks etdirən şəkil yerləşdirən Berkay Antalya konsertinin təxirə düşdüyünü qeyd etmişdi:

"Gənclər, gözümdəki mikrob ucbatından sağlığımda problemlər artır. Təcili əməliyyat olunmalıyam deyə, konsertim təxirə salınır. Üzürlü sayın".

Ayşən Zeynallı