Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar
Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko başda olmaqla nümayəndə heyəti Gəncə Avtomobil Zavodunda olub. Qonaqlar əvvəlcə Gəncədə Vətən müharibəsi zamanı həlak olanların xatirəsini yad edib, sonra zavodun istehsal sahələri ilə tanış olublar. Görüşdə Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Təxminən 20 illik əməkdaşlıq dövründə Gəncə Avtomobil Zavodunda 16 minə yaxın kənd təsərrüfatı texnikası, 5 mindən çox avtomobil və digər texnikalar yığılıb. İqor Sergeyenko müəssisənin iki ölkə arasında iqtisadi əməkdaşlıqda mühüm rol oynadığını vurğulayıb.
url:
http://kepezfm.az/xeberler/belaruslu-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99r-g%C9%99nc%C9%99-avtomobil-zavodunda-istehsal-prosesi-il%C9%99-tan%C4%B1%C5%9F-olublar

