BDYPİ səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücülərə xəbərdarlıq edib.BDYPİ sürücüləri yollarda daha diqqətli olmağa, nəqliyyatın intensiv hərəkətini nəzərə almağa, tələskənliyə və təhlükəli ötmə manevrlərinə yol verməməyə çağırıb.Xüsusilə uzun məsafəli səfərlərdən qayıdan sürücülərə yorğunluğa diqqət yetirmək tövsiyə olunub. Sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiyanın zəifləməsinə və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.Yol polisi sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edib.
url:
http://kepezfm.az/xeberler/bdypi-s%C9%99f%C9%99rd%C9%99n-geri-qay%C4%B1dan-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99r%C9%99-x%C9%99b%C9%99rdarl%C4%B1q-edib

