Bazar günü qəbul imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi mayın 24-də saat 10:00-da II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirəcək.DİM-dən verilən məlumata görə, imtahanlar Gəncə də daxil olmaqla ölkənin 25 şəhər və rayonunda təşkil olunacaq. Bu il imtahanda ümumilikdə 56 min 847 abituriyentin iştirakı nəzərdə tutulur. DİM həmçinin bildirib ki, sağlamlıq imkanları məhdud abituriyentlər üçün xüsusi şərait yaradılıb.
url:
http://kepezfm.az/xeberler/bazar-g%C3%BCn%C3%BC-q%C9%99bul-imtahan%C4%B1-ke%C3%A7iril%C9%99c%C9%99k

