Barış Arduçun xeyriyyə məqsədli ad günü

Barış Arduçun xeyriyyə məqsədli ad günü

"Kiralık aşk"ın "Ömer"i Barış Arduç 29 yaşını qeyd edib. O, ad gününü sevgilisi Güpse Özay və dostları ilə birgə keçirib. Aktyor üçün təşkil edilən sürpriz parti eyni zamanda xeyriyyə məqsədli olub. Orada yığılan məbləğ "Xərçəngsiz Həyat Dərnəyi"nə bağışlanılıb.
B.Arduçun fanatları da onu bu gündə unutmayıblar. Aktyor gün ərzində çoxlu təbriklər alıb.
Ayşən Zeynallı