Banni 53 minə Bella oldu

Banni 53 minə Bella oldu

Amerikalı Banni Smit (Bunny Smith) pərəstişkarı olduğu məşhur model Bella Hadidə bənzəmək üçün 53 min manat xərclədi.

Əlində Bella Hədidin fotoşəkiliylə estetik cerrah yanına gedən 25 yaşlı Smit, modelə bənzəmək üçün bir il içində bir neçə dəfə əməliyyat etdirib.

O, burnunu kəsdirib, çənəsinə, üzünə və ayağına silikon qoydurub.

"Bellanı çox sevirəm, ona daha çox bənzəmək üçün sinəmə də silikon taxdıracam", - deyə Banni bildirib.

Ayşən Zeynallı