Bank kartından oğurladıqları pulla alış-veriş edənlər həbs edilib
Bakının Yasamal rayonunda zərərçəkənin bank kartını ələ keçirərək hesabındakı 5 min dolları oğurlamaqda şübhəli bilinən 23 yaşlı Q.Abbasova və 20 yaşlı Ş.Əmiraslanova saxlanılıb. Onların oğurlanmış vəsaiti nağdlaşdıraraq müxtəlif alış-verişlər etdikləri müəyyən olunub. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/bank-kart%C4%B1ndan-o%C4%9Furlad%C4%B1qlar%C4%B1-pulla-al%C4%B1%C5%9F-veri%C5%9F-ed%C9%99nl%C9%99r-h%C9%99bs-edilib

