Balakəndə narkotik plantasiyası aşkarlanıb
Balakəndə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən əvvəllər də analoji əmələ görə məhkum olunmuş 45 yaşlı Səfər Şərifov saxlanılıb.Ona məxsus bağ sahəsinə baxış zamanı 198 ədəd çətənə bitkisi aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.Faktla bağlı şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/balak%C9%99nd%C9%99-narkotik-plantasiyas%C4%B1-a%C5%9Fkarlan%C4%B1b

