Balakəndə kafedə xuliqanlıq edilib, bir nəfər saxlanılıb
Balakən rayonunda yerləşən kafelərin birində xuliqanlıq hadisəsi baş verib. Polisə müraciət edən zərərçəkmiş, tanışı Vasif adlı şəxsin mübahisə zamanı bakalı onun başına vuraraq xəsarət yetirdiyini bildirib. Cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı Vasif Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/balak%C9%99nd%C9%99-kafed%C9%99-xuliqanl%C4%B1q-edilib-bir-n%C9%99f%C9%99r-saxlan%C4%B1l%C4%B1b

