Bakıda WUF13-ün sonuncu günü keçirilir
Bu gün Bakıda keçirilən WUF13 forumunun sonuncu günüdür. Gün ərzində yerli xalqların və qadınların şəhər inkişafındakı roluna həsr olunmuş müzakirələr aparılacaq. Günün ikinci yarısında isə forumun bağlanış mərasimi keçiriləcək. Tədbirdə son günlərin nəticələri açıqlanacaq və növbəti WUF14 forumuna ev sahibliyi edəcək şəhərə rəmzi estafet təqdim olunacaq. Forumda şəhərsalma, mənzil siyasəti və yaşıl urbanizasiya mövzuları müzakirə edilib.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-wuf13-%C3%BCn-sonuncu-g%C3%BCn%C3%BC-ke%C3%A7irilir

