Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ikinci günü işə başlayıb.Bu gün forum tarixində ilk dəfə Liderlər Sammiti keçiriləcək. Gün ərzində həmçinin rəsmi açılış mətbuat konfransı təşkil olunacaq və qlobal mənzil böhranı, dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri kimi mövzular müzakirə ediləcək.Forum çərçivəsində Assambleyaların Birgə Bağlanış Mərasimi, Afrika regionu nazirlər görüşü və Latın Amerikası və Karib Hövzəsi üzrə MINURVI sessiyası da baş tutacaq. Bu arada, forumda iştirak məqsədilə müxtəlif ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici qonaqlar Azərbaycana gəliblər.Mayın 22-dək davam edəcək WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

