Bakıda WUF13-ün üçüncü günü start götürüb
Bakıda keçirilən WUF13 – Ümumdünya Şəhərsalma Forumunun üçüncü günü işə başlayıb. Forumda qlobal mənzil böhranı, dayanıqlı şəhərlər, iqlim dəyişiklikləri və süni intellekt mövzuları müzakirə olunur. 182 ölkədən 40 mindən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi “ağıllı şəhər” və “yaşıl enerji” layihələri də təqdim edilir. Forum mayın 22-dək davam edəcək.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-wuf13-%C3%BCn-%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-g%C3%BCn%C3%BC-start-g%C3%B6t%C3%BCr%C3%BCb

