Bakıda və ətraf rayonlarda oğurluq əməliyyatları: şübhəlilər saxlanılıb
Bakının Sabunçu qəsəbəsində təmir sexinin qarşısından 1550 manatlıq mopedi oğurlamaqda şübhəli bilinən Y. Məmmədov, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların birindən 5400 manat dəyərində kənd təsərrüfatı məhsulu talamaqda şübhəli bilinən 26 yaşlı İ.Sahibcanov və 35 yaşlı H.Yusibov, Nəsimi rayonunda mağazaların birindən mobil telefon oğurlayan 47 yaşlı A.Qurbanov, Sumqayıtda isə marketlərin birindən 250 manat oğurlamaqda şübhəli bilinən N.Məmmədov polis tərəfindən saxlanılıblar. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-v%C9%99-%C9%99traf-rayonlarda-o%C4%9Furluq-%C9%99m%C9%99liyyatlar%C4%B1-%C5%9F%C3%BCbh%C9%99lil%C9%99r-saxlan%C4%B1l%C4%B1b

