Bakıda oğurluq edən qardaşlar saxlanılıblar
Bakının Səbail rayonunda yerləşən evlərin birindən 5 min manat dəyərində məişət əşyalarını talamaqda şübhəli bilinən iki qardaş - 31 yaşlı Elməddin Sadıqov və 29 yaşlı Ümid Sadıqov saxlanılıblar. Onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib. Araşdırmalar davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-o%C4%9Furluq-ed%C9%99n-qarda%C5%9Flar-saxlan%C4%B1l%C4%B1blar

