Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiç ilə görüşüb. Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Tərəflər turizm, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafına qarşılıqlı maraq ifadə ediblər.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-az%C9%99rbaycan-v%C9%99-monteneqro-ba%C5%9F-nazirl%C9%99rinin-g%C3%B6r%C3%BC%C5%9F%C3%BC-olub

