Bakıda Avtomobil 18 yaşlı qızın üzərindən keçdi, Naxçıvanda “KamAZ” və “Hyundai” toqquşub
Bakının Xəzər rayonunda 2008-ci il təvəllüdlü Zeynəb Laçın qızı Həsənova yolu keçmək istəyərkən onu avtomobil vurub. Gənc qız zərbədən avtomobilin altına düşüb və maşın onun üzərindən keçib. Yaralı təcili xəstəxanaya gətirilib və bir ayağı amputasiya olunub.Naxçıvanın Çeşməbasar kəndi ərazisində “KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova xəsarət alıblar.Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-avtomobil-18-ya%C5%9Fl%C4%B1-q%C4%B1z%C4%B1n-%C3%BCz%C9%99rind%C9%99n-ke%C3%A7di-nax%C3%A7%C4%B1vanda-%E2%80%9Ckamaz%E2%80%9D-v%C9%99-%E2%80%9Chyundai%E2%80%9D-toqqu%C5%9Fub

