Bakıda “Kəlağayı” adlı rəngarəng yürüş keçirilib
Bakıda milli-mədəni irsimizin təbliği məqsədilə “Kəlağayı” adlı rəngarəng yürüşə start verilib.Qız Qalasının qarşısından başlayan yürüşdə QHT nümayəndələri və ictimai şəxslər iştirak ediblər.Təşəbbüsün əsas məqsədi milli geyimlərimizə, xüsusilə də Azərbaycan qadınının zəriflik və gözəllik rəmzi olan kəlağayıya marağı artırmaqdır.Azərbaycan kəlağayısının ənənəvi hazırlanma və daşınma mədəniyyəti, eləcə də simvolikası 2014-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.Şəki və Basqal kəlağayı sənətinin əsas mərkəzləri hesab olunur. Əsrlərin yadigarı olan bu sənət xalqımızın milli kimliyini, zəngin adət-ənənələrini və mədəni irsini yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1da-%E2%80%9Ck%C9%99la%C4%9Fay%C4%B1%E2%80%9D-adl%C4%B1-r%C9%99ngar%C9%99ng-y%C3%BCr%C3%BC%C5%9F-ke%C3%A7irilib

