Bakı Olimpiya Stadionuna ilkin baxış olub
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna ilkin baxış keçirib.Stadionda UEFA-nın tələblərinə uyğun hazırlıq işləri davam etdirilir və bütün işlərin vaxtında yekunlaşdırılması planlaşdırılır. UEFA nümayəndələrinin qarşıdakı günlərdə təftiş üçün yenidən Bakıya gələcəyi gözlənilir. Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu oktyabrın 13-də Bakı Olimpiya Stadionunda Çexiyanın “Slaviya” klubuna qarşı keçirəcək.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1-olimpiya-stadionuna-ilkin-bax%C4%B1%C5%9F-olub

