Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatlar zamanı 82 kiloqram narkotik vasitə və 6 min 365 ədəd narkotik tərkibli həb qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyatlar Bakı, Gəncə və Sumqayıt şəhərlərində keçirilib. Nəticədə 7 nəfər saxlanılıb.Araşdırmalar zamanı onların xaricdə yaşayan narkotacirlərin tapşırığı ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən edilib.Faktlarla bağlı cinayət işləri başlanılıb, şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1-g%C9%99nc%C9%99-v%C9%99-sumqay%C4%B1tda-82-kiloqram-narkotik-d%C3%B6vriyy%C9%99d%C9%99n-%C3%A7%C4%B1xar%C4%B1l%C4%B1b

