"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıb
“Bakı–Xankəndi” beynəlxalq veloyarışının üçüncü mərhələsinin qalibləri Mingəçevirdə mükafatlandırılıb. Qazaxıstanlı Qleb Suritski qızıl, belçikalı Timoti Dyupon gümüş, Ekvador təmsilçisi Kristian David Pita isə bürünc medala layiq görülüb.Beynəlxalq Velosipedçilər İttifaqının ikinci kateqoriyalı yarışında 20 ölkədən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət turnirin son yarışı mayın 14-də Xankəndidə keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1%E2%80%93xank%C9%99ndi-az%C9%99rbaycan-velosiped-yar%C4%B1%C5%9F%C4%B1n%C4%B1n-%C3%BC%C3%A7%C3%BCnc%C3%BC-m%C9%99rh%C9%99l%C9%99sinin-medal%C3%A7%C4%B1lar%C4%B1

