Bakı–Quba yolunda “Bentley” aşıb
Bakı–Quba yolunda “Bentley” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yol kənarındakı dəmir mühəccərlərə çırpılıb.İlkin ehtimala əsasən, qəzaya səbəb yüksək sürət olub. Nəticədə avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənib. Hadisə zamanı sürücü xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, təhlükəsizlik kəməri onun həyatını xilas edib. Yol Polisi bir daha sürücülərə və sərnişinlərə təhlükəsizlik kəmərindən istifadə etməyi tövsiyə edir.
url:
http://kepezfm.az/xeberler/bak%C4%B1%E2%80%93quba-yolunda-%E2%80%9Cbentley%E2%80%9D-a%C5%9F%C4%B1b

