Bahar Muradova: Uşaqların təhlükəsizliyinin təmin olunmasına bütün qurumlar cəlb edilməlidir
Azərbaycanda uşaqların təhlükəsizliyinin təmin olunmasına dövlət qurumları ilə yanaşı bütün aidiyyəti institutlar və ictimai sektor da cəlb edilməlidir. Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova səsləndirib.Onun sözlərinə görə, son illərdə baş verən hadisələr göstərir ki, uşaqların müdafiəsi dövlət siyasətinin vacib istiqamətlərindən biri olmalıdır. Komitə sədri bildirib ki, ölkədə uşaq və ailə hüquqlarının qorunması üçün qanunvericilik bazası mövcuddur və əsas məqsəd hüquqların icrası ilə yanaşı, uşaqların və ailələrin hüquqi maarifləndirilməsini gücləndirməkdir.
url:
http://kepezfm.az/xeberler/bahar-muradova-u%C5%9Faqlar%C4%B1n-t%C9%99hl%C3%BCk%C9%99sizliyinin-t%C9%99min-olunmas%C4%B1na-b%C3%BCt%C3%BCn-qurumlar-c%C9%99lb-edilm%C9%99lidir

