Azərbaycanda erkən evliliklə bağlı yeni qaydalar açıqlanıb.Baş Prokurorluqdan bildirilib ki, erkən evliliklərin tənzimlənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.Nikah yaşının 1 yaş azaldılmasına dair müddəa artıq ləğv edilib və hazırda həm qadınlar, həm kişilər üçün nikah yaşı 18 müəyyən olunub.Dini kəbin də hüquqi məsuliyyətdən azad etmir və yetkinlik yaşına çatmayanlarla dini kəbin kəsdirilməsi İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnir.Baş Prokurorluq həmçinin bildirir ki, süni intellekt texnologiyalarından fişinq, dezinformasiya və digər qanunsuz məqsədlərlə istifadə halları artır.Şəxsin razılığı olmadan səs və görüntüsünün yayılması, eləcə də süni intellektlə hazırlanmış seksual və pornoqrafik məzmunun paylaşılması cinayət məsuliyyəti yaradır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib.

