Bağçalara elektron qəbul başlayır
İyulun 9-u saat 11:00-dan bağçalara qəbul üçün elektron növbələrin yaradılmasına başlanacaq.2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023–2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.Bu ildən etibarən qəbul prosesi ilk dəfə “myGov” platforması üzərindən həyata keçiriləcək. Valideynlər “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətindən istifadə edərək elektron müraciət edə biləcəklər.Bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür. Sorğu təsdiqləndikdən sonra tələb olunan sənədlər 7 gün ərzində müvafiq bağçaya təqdim edilməlidir. Əks halda müraciət ləğv olunacaq.
url:
http://kepezfm.az/xeberler/ba%C4%9F%C3%A7alara-elektron-q%C9%99bul-ba%C5%9Flay%C4%B1r

