Bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası araşdırılır
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır. Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib. Uşağın valideynləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
url:
http://kepezfm.az/xeberler/ba%C4%9F%C3%A7ada-t%C9%99hsil-alan-u%C5%9Fa%C4%9F%C4%B1n-qan%C4%B1nda-psixotrop-madd%C9%99-a%C5%9Fkarlanmas%C4%B1-iddias%C4%B1-ara%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1r

