Bəzi rayonlara leysan yağır
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Milli Hidrometeorologiya Xidmətinin saat 11:00-a olan məlumatına görə, düşən yağıntının miqdarı Daşkəsəndə 14,Göygöl, Gədəbəydə 10, Gəncədə 6,Tovuz, Ağstafada 5, Naftalanda 4, Bərdədə 3, Goranboy, Yevlax, Göyçay,Tərtər, Mingəçevir,1 mm-dək qeydə alınıb.
url:
http://kepezfm.az/xeberler/b%C9%99zi-rayonlara-leysan-ya%C4%9F%C4%B1r

