Canlı
"Bəzən özümü ələ ala bilmirəm" - "Karadeniz"in aktrisası İrem Helvacıoğlu

"Bəzən özümü ələ ala bilmirəm" - "Karadeniz"in aktrisası İrem Helvacıoğlu

"Sen Anlat Karadeniz" serialında "Nefes" xarakterini canlandıran aktrisa İrem Helvacıoğlu maraqlı müsahibə verib. İrem oynadığı obrazın çətinliyindən danışıb: "Çox çətinlik çəkirəm. İnanın, "Nefes" olmaq asan deyil. Bütün dünyadakı "Nefes"lərin səsi olmaq, bu şiddətlərin yaşandığını düşünmək mənə əzab verib. Bəzən çəkilən səhnə bitsə də, mən özümü ələ ala bilmirəm, hər səhnə reallığı əks etdirir". Aktrisa bu xarakterini oynamaq üçün qabaqcadan bir neçə dəfə ssenarini oxuduğunu, bəzi məqamlarda kömək belə istədiyini vurğulayıb: "Elə olur ki, bir səhnə ürəyimcə olmur. Onu yenidən çəkirik. Sağ olsunlar, Osman Sınav və tərəf müqabillərim mənə çox böyük dəstək olurlar". Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır. Rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.

2018-03-07 / 09:41