Səhiyyə naziri Teymur Musayev deyib ki, Azərbaycanda plastik və estetik cərrahiyyə üzrə vəziyyət kifayət qədər yaxşılaşıb.Bu sahədə mərhələli şəkildə islahatlar aparılır.Bölgələrdə kadr çatışmazlığı ilə bağlı nazirlik, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işçi qrupu yaradılıb. Hazırda bununla bağlı tədbirlər davam etdirilir, mütəmadi görüşlər keçirilir.Yaxın günlərdə yeni təmirdən çıxmış Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı olacaq.Ölkədə plastik-estetik-rekonstruktiv cərrahiyyə üzrə iki mərkəz yaradılıb.Nazirlik mütəmadi olaraq qəzalı və əsaslı təmirə ehtiyacı olan bütün müəssisələri siyahıya alaraq investisiya layihəsinə daxil edir.Vəsait ayrıldıqca həmin müəssisələr təmir edilir, aidiyyəti üzrə təhvil verilir.

