Şəkidə iki minik avtomobili toqquşub.Nəticədə avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb.Sumqayıtda “Mercedes” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.Zərbənin təsirindən idarəetmədən çıxan “Chevrolet” yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.Şəmkirdə “VAZ-2107” markalı avtomobil yolu keçən orta yaşlı qadını vuraraq öldürüb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.Beyləqanda “Niva”nın kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıb.Faktlarla bağlı araşdırma aparılır.

