Azovda azərbaycanlıların olduğu gəmiyə hücum olub, ölənlər var
Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər isə yaralanıb. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi və ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən hadisə ilə bağlı əlaqələndirmə işləri aparılır.Qeyd edək ki, hücuma məruz qalan gəmilər Azərbaycan dövlətinə məxsus deyil.Xarici İşlər Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara şəfa arzulayıb.
url:
http://kepezfm.az/xeberler/azovda-az%C9%99rbaycanl%C4%B1lar%C4%B1n-oldu%C4%9Fu-g%C9%99miy%C9%99-h%C3%BCcum-olub-%C3%B6l%C9%99nl%C9%99r-var

