Azad olunan ərazilərdə tullantıların idarəedilməsi ilə bağlı görüləcək işlər açıqlanıb
Azad edilmiş ərazilərdə tullantıların idarə olunması ilə bağlı işlər davam edir. Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli və Zəngilan rayonları üzrə layihə-smeta sənədləri artıq hazırlanaraq müvafiq qurumlara təqdim edilib və müsbət rəy alıb. Laçın rayonu üzrə poliqon ərazisi yenidən seçiləcək, Kəlbəcər isə Xocalı, Xocavənd və Ağdərə ilə birgə layihələndiriləcək.
url:
http://kepezfm.az/xeberler/azad-olunan-%C9%99razil%C9%99rd%C9%99-tullant%C4%B1lar%C4%B1n-idar%C9%99edilm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-g%C3%B6r%C3%BCl%C9%99c%C9%99k-i%C5%9Fl%C9%99r-a%C3%A7%C4%B1qlan%C4%B1b