Azad edilmiş ərazilərdəki su anbarları daşqınlarla mübarizəyə töhfə verəcək
Qarabağ və Şərqi Zəngəzurda yeni su anbarlarının tikintisi su təchizatını yaxşılaşdırmaqla yanaşı, daşqınlarla mübarizəyə də kömək edəcək.Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Xəyyam Məmmədov bildirib ki, Suqovuşan, Həkəriçay, Zabuxçay və Köndələnçay su anbarlarında tikinti və yenidənqurma işləri aparılır. Bundan başqa, digər bölgələrdə də yeni su anbarlarının tikintisi davam etdirilir. Bu layihələr su ehtiyatlarından daha səmərəli istifadə etməyə və su qıtlığının qarşısını almağa imkan verəcək.
url:
http://kepezfm.az/xeberler/azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99ki-su-anbarlar%C4%B1-da%C5%9Fq%C4%B1nlarla-m%C3%BCbariz%C9%99y%C9%99-t%C3%B6hf%C9%99-ver%C9%99c%C9%99k

