Azad edilmiş ərazilərdə istixana layihəsi icra ediləcək
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixanaların qurulması planlaşdırılır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, sahibkarlar bu layihəyə böyük maraq göstərirlər. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə heyvandarlıq və bağçılıq sahələrinə də maraq var. Nazir həmçinin qeyd edib ki, kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin 2026–2030-cu illər üzrə Dövlət Proqramında müəyyənləşdirilən hədəflərə nail olunması istiqamətində işlər davam etdirilir.
url:
http://kepezfm.az/xeberler/azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-istixana-layih%C9%99si-icra-edil%C9%99c%C9%99k

